• Bakı 20° C

    12.14 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Hesablama Palatasının hesabatı müzakirə olunur

CƏMİYYƏT

19 Aprel 2024 | 11:48

Hesablama Palatasının hesabatı müzakirə olunur

"2023-cü il İlham Əliyevin prezident seçilməsi və ölkəmizin suverenliyinin tam bərpa olunması ilə yadda qaldı".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatını təqdim edən palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, potensial boşluqların aradan qaldırılması üçün tədbirlər görülüb:

“Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib”.

V.Gülməmmədov bildirib ki, hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.

Aytac Aslan


SON XƏBƏRLƏR

01 May 2024