• Bakı 18° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Ən təhlükəli günlər AÇIQLANDI

CƏMİYYƏT

19 Aprel 2024 | 10:12

Ən təhlükəli günlər AÇIQLANDI

Günəş Yer üçün maqnit qasırğası hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Müşahidə məlumatlarına görə, ulduzun cənub yarımkürəsində, Yerə baxan tərəfində alov enerjisinin sürətlə yığılması müşahidə olunur.

Son günlərdə günəş ləkələrinin sahəsi demək olar ki, 100% artıb. Yerin orbiti yaxınlığında rentgen şüalarının aktivliyi isə 5 dəfə çoxalıb. Bu, ilin əvvəlindən bu yana maksimumdur.
Böyük ehtimal ki, bütün bunlar həftə sonuna qədər ən yüksək dərəcəli maqnit qasırğasının yayılmasına səbəb olacaq.

Ən təhlükəli günlər aprelin 19-u və 20-sidir. Günəşin mənfi təsirləri gələn həftənin ortalarına qədər hiss olunacaq.Oxu.az


SON XƏBƏRLƏR