• Bakı 20° C

    10.12 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Ailədaxili qətllərin sayı NİYƏ ARTIB? 

CƏMİYYƏT

19 Aprel 2024 | 12:18

Ailədaxili qətllərin sayı NİYƏ ARTIB? 

Son zamanlar qətl hadisələrinin sayı artıb. Övladını, valideynini, həyat yoldaşını öldürən insanlara artıq tez-tez rast gəlirik rast gəlirik.

Xəbər verdiyimiz kimi, aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, elə bu hadisəni törətməkdə təqsirli bilinən onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğludur.

Bəs görəsən bu və bunun kimi hallar niyə tez-tez baş verir? Ailə üzvlərini, ana-atasını öldürmək bəziləri üçün niyə belə asanlaşıb?

Bu barədə Bakıvaxtı.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, belə hadisələr hər zaman olub və bu gün belə hadisələrlə tez-tez rastlaşmaqda səbəb cəmiyyətdə, sosial şəbəkələr bolluğunda yaşamağımız, eyni zamanda informasiyaya əlçatanlığın çox olmasıdır.

Üzeyir Şəfiyev: Bu hadisələr digər insanlar üçün körükləyici rol oynayır

“Mən hesab edirəm ki, bu hadisələrin çoxalmasında səbəblərdən biri də məhz bu qəbildən olan hadisələrin mətbuatda tez-tez tirajlanmasıdır. Çünki belə hadisələr həm də təbliğ gücünə malikdir. Bu hadisələr digər insanlar üçün də körükləyici, təşviqedici rol oynayır”.

Ü.Şəfiyev qeyd edib ki, baş verən hadisələr ondan xəbər verir ki, ailədə psixoloji iqlim yerində deyil, ailənin tərbiyəsində problemlər var, ailədə sosiallaşma mühiti yaxşı deyil, ailədə valideynlərin funksional böhranları, münaqişəli ailələrdə rol, status münaqişələri var. Belə olan halda uşağı ya ana, ya ata bir-birinə qarşı körükləyir. Belə olan da isə övlad ya valideyninin 1-ni ya da hər ikisini acımasız şəkildə qətlə yetirir.

Sosioloqun sözlərinə görə, münaqişəli ailələr çox yaxşı olar ki, müvafiq qurumlar, yerli icra strukturları tərəfindən qeydə alınsınlar, onların statistikası çıxarılsın və onlarla sosial-psixoloji işlər aparılsın, ailələrlə işləyən sosial işçilərə lisenziyalar verilsin. Bildirib ki, sosial işçilərin və psixoloqların lisenziyalaşdırılmasına ehtiyyac var.

“Qanunvericilikdə təkminləşməyə ehtiyyac var. Çox yaxşı olar ki, həm sosial işçilərin, həm də psixoloqların lisenziyalaşdırılmasını həyata keçirən qanunvericilik bazası və ya qurum yaradılsın. Ya Səhiyyə Nazirliyinin, ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, ya Ailə,Qadın və Uşaq Komitəsinin tərkibində bir lisenziya verən qurum yaradılmalıdır ki, onlara lizenziya verilsin və onlar belə münaqişəli qəbildən olan ailələrlə işləyə bilsinlər, ordakı sosial-psixoloji iqlimi sağlamlaşdırmağa töhvə verə bilsinlər”.

Müsahibimiz hesab edir ki, əgər belə qurumlar olarsa, belə bir ştat vahidləri fəaliyyət göstərərsə, , münaqişəli ailələr arasında olan münasibətlərin normallaşdırılmasında çox böyük irəliləyişə nail olmaq, hətta boşanmaların qarşısını almaq olar.

Mina Mikayılova


SON XƏBƏRLƏR