• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO

DÜNYA

02 May 2024 | 12:05

Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO

İranın ali lideri Əli Xamenei Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub.

Bakıvaxtı.az “haqqin.az”a istinadən xəbər verir ki, hadisə Təbrizdə baş verib. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zaman “mən” sözünün “men” yazıldığını görən İranın ali lideri deyib: “Burada “mən” olmalıdır. Bütün Təbriz “mən deyir”, burada isə “men” yazılıb”. 

Kitab satıcısı isə vəziyyəti fars dilinin fonetikasının xüsusiyyətləri ilə izah etməyə çalışsa da, daha sonradan Xamenei ilə razılaşıb.


SON XƏBƏRLƏR

16 May 2024