• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıb

COP29

02 May 2024 | 14:38

COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıb

COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyevlə görüşdə BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.

    Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini deyən Selvin Çarlz Hart ölkəmizin təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə idarə etməsinin və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu nümunə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan, eyni zamanda, bu sahədə əldə etdiyi gəlirləri yaşıl enerji gündəliyinə də sərf edərək çox mühüm nümunə yaradır. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha ifadə edib.


    SON XƏBƏRLƏR

    16 May 2024