• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib - DİN

HADİSƏ

02 May 2024 | 12:03

Kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib - DİN

Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Nəticədə Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyən edilib. Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 ədəd bıçaq və 14 ədəd balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T. Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

16 May 2024