• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda ağır qəza - 1 ölü, 2 yaralı

HADİSƏ

16 May 2024 | 09:16

Bakıda ağır qəza - 1 ölü, 2 yaralı

Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Məmmədov Piruz İsa oğlu gecə saatlarında idarə etdiyi "Mercedens Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib və yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.

Nəticədə sərnişin Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər Piriyev Orxan Fariz oğlu və Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026