• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

18 yaşlı oğlan bıçaqlanaraq öldürüldü - YENİLƏNİB

HADİSƏ

15 Iyun 2024 | 00:44

18 yaşlı oğlan bıçaqlanaraq öldürüldü - YENİLƏNİB

Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb”, – məlumatda diqqətə çatdırılıb.

Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

 

***21:36

İyunun 14-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.


SON XƏBƏRLƏR