• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis

DÜNYA

17 May 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis vahid regional hava hücumundan müdafiə sisteminin - Avropa Dəmir Qübbəsinin yaradılması təklifi ilə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Miçotakis "Skay" telekanalına müsahibəsində danışıb.

“Mən Avropanın hava hücumundan müdafiə sistemindən, Avropanı istənilən təhlükədən qoruyacaq "Avropa çətiri”ndən danışıram”, - o bildirib.

Onun sözlərinə görə, təklif üzərində artıq məsləhətləşmələr gedir:

“Bu təşəbbüs Yunanıstana öz hava məkanını qorumaq üçün Avropa ölkələrinin müdafiə potensialından istifadə etmək imkanı verəcək, həmçinin bu məsələdə milli büdcədən asılılığını azaldacaq”.

Qeyd edək ki, Dəmir Qübbə sistemin tərtibatçıları “Israel Aerospace Industries” və “Rafael Advanced Defence Systems” şirkətləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026