• Bakı 22° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Rus bombardmançı təyyarəsi İsveçin hava məkanını pozdu

DÜNYA

15 Iyun 2024 | 21:04

Rus bombardmançı təyyarəsi İsveçin hava məkanını pozdu

İsveç Silahlı Qüvvələri Rusiya təyyarəsinin Qotland adası yaxınlığında ölkənin hava məkanını zəbt etdiyini iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb.

Məlumata görə, cümə günü Rusiyanın Su-24 bombardmançı təyyarəsi Qotland adasının şərqində İsveçin hava sərhədlərini pozub.

İsveç xarici işlər naziri Tobias Billström bildirib ki, Xarici İşlər Nazirliyi müttəfiqləri ilə sıx əlaqə saxlayır və bu məsələ ilə bağlı Rusiya səfirliyi ilə əlaqə saxlamaq niyyətindədir.


SON XƏBƏRLƏR

15 Iyun 2025