• Bakı 31° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Türkiyə “Tayfun” alır? – Ərdoğan açıqladı

DÜNYA

15 Iyun 2024 | 22:40

Türkiyə “Tayfun” alır? – Ərdoğan açıqladı

"Eurofighter" (Tayfun) qırıcılarının satın alınması məsələsini cənab Sançeslə müzakirə etdik. Bildiyiniz kimi, İspaniyanın təlim təyyarələri önəmlidir. Onların bizi bu təlim təyyarələri ilə təmin etmək şansı və ya imkanı var.

Bakıvaxtı.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Almaniya ilə təmas nöqtəsində bu məsələdə bizə köməklik göstərməsini ondan (Pedro Sançes) istədim. O da bu məsələdə Almaniya ilə danışıqlar apara biləcəyini bildirdi. Hazırda bizim üçün "Eurofighter" təyyarələri çox vacibdir. Almaniya da indi bu məsələdə yumşalıb. Aidiyyəti üzrə qurumlarımız qarşı tərəflərlə lazımi görüşlər keçirirlər. Türkiyənin əsas yanaşması açıqdır: Biz ehtiyaclarımızı ilk növbədə NATO müttəfiqlərindən qarşılamaq istəyirik. Lakin prosesin sonunda mənfi nəticə alınarsa, alternativ variantlarımız da var. "Kaan" qırıcılarımız artıq uçuşlar edir. Gələcəkdə, kütləvi istehsala başlanılması və inventara daxil edilməsi prosesi başa çatdıqdan sonra bununla bağlı heç bir problemimiz olmayacaq. Eyni oxşar prosesi PUA-larla bağlı da yaşamışdıq. Onda da müttəfiqlərimizdən bunları ala bilmədik. Sonra nə oldu? Türkiyə ən yüksək keyfiyyətlə PUA-lar istehsal etdi. İndi bir çox ölkə onları almaq üçün Türkiyənin qapısını döyür", - Ərdoğan bildirib./axar.az


SON XƏBƏRLƏR

19 Iyul 2024