Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Nazim Aydın oğluna məxsus 1 ədəd “AK74” markalı avtomat silah və 1 ədəd avtomat sandıqcası Xəzər rayonu, Binə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Bakıvaxt..az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.