• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyan AB rəsmisi ilə delimitasiyanı müzakirə etdi

DÜNYA

16 May 2024 | 21:45 | Müəllif: Subhan Mahmudov

Paşinyan AB rəsmisi ilə delimitasiyanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti, AB-nin ticarət komissarı Valdis Dombrovskini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Paşinyan Avropa İttifaqının ticarət komissarı ilə “Sülh qovşağı” layihəsini müzakirə edib.

Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında həyata keçirilən sərhədin delimitasiyası prosesinə, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına dair “Sülh qovşağı” layihəsinə və onun prinsiplərinə də toxunulub.

Eyni zamanda regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. AB-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin əhəmiyyəti xüsusi vurğulanıb./globalinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026