• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ Ukraynaya bu icazəni verib - KİV

DÜNYA

16 May 2024 | 20:10 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukraynaya bu icazəni verib - KİV

Ukrayna çox güman ki, Rusiya ərazisinə zərbələr endirmək məqsədilə ABŞ silahlarından istifadə etmək üçün icazə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Blinkenin Kiyevə səfəri zamanı verdiyi açıqlamaları təhlil edən “Le Monde” qəzeti məlumat yayıb.

Nəşr onun Vaşinqtonun hələ də Ukraynaya Rusiya ərazisinə ABŞ silahlarından atəş açmasını qadağan edib-etməməsi ilə bağlı sual verdiyi cavaba diqqət çəkib:

“Biz Ukraynadan kənarda hücumları təşviq etmədik və ya fürsət yaratmadıq. Amma Ukrayna öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün necə vuruşacağına və ya necə müharibə aparacağına özü qərar verməlidir”.

Qeyd olunur ki, Ukrayna Qərbin köməyindən kritik asılı olduğu üçün bu qadağaya əməl etməyə məcbur olub:

“Blinkenin çıxışı Britaniya xarici işlər naziri Kemeronun Kiyevə səfəri zamanı Londonun verdiyi silahlardan Rusiya ərazisinə zərbələrə icazə verməyə hazır olduğunu açıq şəkildə bildirməsindən sonra edilib. Kemeron və Blinkenin bəyanatları Qərbin bu mövzuda mövqeyində dəyişiklik etdiyini düşünməyə əsas verə bilər”./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026