• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb

HADİSƏ

16 May 2024 | 15:12

Suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayevi saxlayıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.

Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR