Ukrayna Prezidenti Volodimir Zelenski Xarkova səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında paylaşıb.
Ukrayna lideri orada cəbhədəki və Xarkov vilayətindəki vəziyyətə dair iclas keçirib.
Bununla yanaşı, Xarkov vilayətində vəziyyətin ümumilikdə nəzarət altında olduğu qeyd olunub.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin mayın 15-də yaydığı məlumata görə, rusiyalı hərbçilər Xarkov vilayətində Lukyantsi və Qlubokoe yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.






jpg-1718443445.webp)








