• Bakı 30° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Şolts: Vladimir Putinin sülhlə bağlı təklifləri ciddi deyil

DÜNYA

15 Iyun 2024 | 12:38

Şolts: Vladimir Putinin sülhlə bağlı təklifləri ciddi deyil

Rusiya Prezidenti Vladimir Putinin sülhlə bağlı təklifləri ciddi deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qərbin aparıcı sənaye iqtisadiyyatlarından ibarət "Yeddilik qrupu"nun (G7) liderləri V.Putinin Ukraynaya dair sülhlə bağlı təkliflərini müzakirə etməyiblər, çünki hər kəs onların ciddi olmadığını başa düşür.

Kansler vurğulayıb ki, Vladimir Putinin Ukraynanın Rusiyaya dörd regionunu verməsi, döyüşləri dayandırması və NATO-ya üzvlükdən imtina etməsi ilə bağlı təklifləri sadəcə olaraq diqqəti konfransdan yayındırmaq məqsədi daşıyır.


SON XƏBƏRLƏR

21 Iyul 2024