Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.
Bu barədə Bakıvaxtı.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.


jpg-1721028544.jpg)













