Rusiya prezidenti Vladimir Putin Ukraynanın Kursk bölgəsində başladılan quru əməliyyatının məsuliyyətini kəşfiyyat xidmətinə təhvil verib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, Kursk vilayətində Ukrayna qoşunlarına qarşı mübarizənin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) səlahiyyət və məsuliyyəti altında olduğu elan edilib.
Bundan başqa, Bryansk və Belqorod sərhəd rayonları, xüsusən də Ukrayna qoşunlarının işğal etdiyi Kursk rayonu terrorla mübarizə zonası elan edilib.
Rusiya qanunlarına görə, Rusiya ərazisində həyata keçirilən bütün hərbi əməliyyatları Milli Antiterror Komitəsi, yəni FSB sədri Bortnikov həyata keçirir.
Gülşən Şərif















