Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada 15 yaşdan kiçik uşaq və gənclərin 18,8 faizinin yoxsulluq həddinin altında gəliri olan ailələrdə yaşadığı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Alman Əmək Bazarı və Peşə Araşdırmaları İnstitutunun apardığı araşdırma, adambaşına düşən milli gəlirin 50 min dollardan çox olduğu Almaniyada 2022-ci ildə hər 5 uşaqdan birinin yoxsulluq riski altında olacağı məlum olub.
Bildirilib ki, yoxsulluq riski altında olan uşaqların əksəriyyətinin həyat standartlarında maddi məhdudiyyətlər var. Həmçinin hesabatda yoxsulluq həddində yaşayan ailələrin köhnəlmiş mebellərini dəyişdirə, sabit məbləğdə pul yığa, bir həftəlik tətilə gedə bilmədikləri qeyd olunub.
Digər tərəfdən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına görə, ev təsərrüfatlarının xalis gəlirinin 60 faizindən azına sahib olan hər kəs yoxsulluq riski altında sayılır.
Əli Hüseynov
















