Rusiya Donbas və Novorossiyanın kənd təsərrüfatı potensialının reallaşdırılması üçün şərait yaradacaq və bütün zədələnmiş obyektləri bərpa edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Günü münasibətilə videomüraciətində deyib.
"Bu cür fədakarlıq və cəsarət ən dərin hörmətə layiqdir. Biz sizə prioritet olaraq ehtiyac duyduğunuz yardımı göstərməyə davam edəcəyik. Addım-addım biz dağıdılan və xarab olan hər şeyi mütləq bərpa edəcəyik və yenidən quracağıq. Təbii ki, biz Rusiyaya qovuşmuş "tarixi ərazilərimiz"in zəngin kənd təsərrüfatı potensialının reallaşmasına şərait yaradacağıq", - Putin qeyd edib.