Ermənistan prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Sputnik Armeniya" ilə söhbətində bildirib.
Prezidentin sözlərinə görə, o, belə məlumatları kimin və nə üçün yaydığını başa düşmür.
"Əgər onların məqsədi özlərinə maraq yaratmaqdırsa, bunun başqa yolları da var. Bu şayiələrin müəllifləri yalnız mənim ailəsimi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm. Belə dezinformasiya yayanlara da cansağlığı arzulayıram", - dövlət başçısı əlavə edib.
20:08
Ermənistan Prezidenti Vaaqn Xaçatryan xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Xaçatryanın ürəyində problem yaranıb və xəstəxanaya aparılıb.