• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Zurabişvilinin təhlükəsizliyi təmin edilməyəcək

DÜNYA

11 Dekabr 2024 | 23:01

Zurabişvilinin təhlükəsizliyi təmin edilməyəcək

Gürcüstan parlamenti birinci oxunuşda Salome Zurabişvilini prezident səlahiyyətləri başa çatdıqdan sonra dövlət təhlükəsizliyindən məhrum edəcək düzəlişləri qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, hakim “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülən düzəlişləri parlamentin 83 üzvü dəstəkləyib.

Düzəlişlərə əsasən, prezident, baş nazir və parlament sədri səlahiyyətlərinə xitam verilməsinin səbəbi Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilən Konstitusiyanın pozulması və ya cinayət törədilməsidirsə, o, dövlət təhlükəsizliyinə malik olmayacaq.

2023-cü ilin oktyabrında Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü arzusu” partiyasının başlatdığı impiçment proseduru çərçivəsində Zurabişvilinin ölkə Konstitusiyasını pozduğunu təsdiqləyib.


SON XƏBƏRLƏR

25 Dekabr 2024