• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

İranda Mossad agentinin saxlanıldığı iddia olunur

DÜNYA

15 Iyun 2024 | 14:40

İranda Mossad agentinin saxlanıldığı iddia olunur

İranın Hüquq Mühafizə Qüvvələrinin kəşfiyyat idarəsi İranın Qum şəhərində İsrailin Mossad kəşfiyyat orqanına casusluq edən şəxsin saxlanıldığını iddia edib.

Bakıvaxtı.az trend-ə istinadən bildirir ki, 2022-ci ildə ölkədə baş verən iğtişaşlarda iştirak etmiş Hüseyn Fəqih adlı şəxs İran prezidenti İbrahim Rəisi və onunla birlikdə heyətin helikopter qəzasında ölməsi ilə əlaqədar sosial şəbəkələrdə hörmətsizlik edib.

Qeyd olunur ki, araşdırmalar nəticəsində bəlli olub ki, həmin şəxs Mossad kəşfiyyat orqanı ilə əlaqədə olub və mediada ölkəyə qarşı medialarda aktiv rola sahib olub. Təqsirləndirilən şəxs həbs edilib və onun barəsində cinayət işi açılıb.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.


SON XƏBƏRLƏR

21 Iyul 2024