• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Tramp Havana limanında rus gəmilərinin olmasını Baydenin zəifliyi ilə əlaqələndirir

DÜNYA

15 Iyun 2024 | 13:54

Tramp Havana limanında rus gəmilərinin olmasını Baydenin zəifliyi ilə əlaqələndirir

Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Havana limanına gəlməsi ABŞ prezidenti Co Baydenin zəifliyi sayəsində mümkün olub.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Amerikanın keçmiş prezidenti Donald Tramp bildirib. 

O qeyd edib ki, Rusiya hərbi gəmiləri və nüvə sualtı qayıqları hazırda Florida sahillərindən 60 mil uzaqlıqda, Kubanın ətrafındadır:

“Bu, yalnız Baydenin zəifliyi bizi ölümcül təhlükə qarşısında qoyduğu üçün baş verir", - o, Floridadakı nümayişdə tərəfdarlarına deyib. 

Tramp əlavə edib ki, nə Rusiya prezidenti Vladimir, nə də digər xarici lider Baydenə hörmət etmir.

Günel Abbas


SON XƏBƏRLƏR