Gürcüstan prezidenti Salome Zurabişvili konstitusiya məhkəməsində “xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TV Pirveli” teleşirkəti məlumat yayıb.
Zurabişvili hesab edir ki, hakim partiyanın qəbul etdiyi qanun antimilli xarakter daşıyır və Gürcüstan Konstitusiyası ilə bir araya sığmır.
Prezidentin maraqlarını müdafiə edəcək vəkil Eka Beselia bildirib ki, bu gün iddia məhkəməyə göndəriləcək və tezliklə məhkəmə iclası təyin olunacaq.
Qeyd olunub ki, o, Konstitusiya Məhkəməsi mübahisəni həll edənə qədər qanunvericiliyin fəaliyyətinin dayandırılmasını tələb edir.
Mina Mikayılova



jpg-1723626622.webp)









