“Bu durum Rusiya prezidenti Vladimir Putin üçün əsl çıxılmaz vəziyyətdir”.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bunu ABŞ prezidenti Co Bayden Ukraynanın Rusiya bölgələrini raket və PUA-larla vurmasına münasibət bildrirəkən deyib.
Qeyd edək ki, transsərhəd əməliyyatı Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməyə çalışdığı müharibənin gedişatını sürətlə dəyişdirərək, Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın son aylarda davamlı irəliləyişinə qarşı ilk ərazi uduşunu verib.
Baş verənlərlə bağlı verdiyi ilk açıqlamada Bayden ABŞ-nin əməliyyatla bağlı Ukrayna ilə davamlı əlaqədə olduğunu, heç bir şəkildə əməliyyatın planlaşdırılması və hazırlanmasında iştirak etmədiklərini bildirib.
"Bu, Putin üçün əsl dalana dirənişdir", -deyə Bayden qeyd edib.
Qeyd edək ki, Ukrayna hökuməti ötən həftə minlərlə Ukrayna əsgərinin əməliyyata başladığı Kurskda dünəndən etibarən 74 yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb. Rusiyanın Kursk şəhərinin cənubunda yerləşən Belqorod vilayətində Ukraynanın hücumları səbəbindən fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət elan edən vilayət qubernatoru Vyaçeslav Qladkov mərkəzi hökumətdən federal fövqəladə vəziyyət elan etməyi xahiş edəcəyini bildirib.
Murad Məmmədli
















