Fələstində qatıldığı dinc nümayiş zamanı israilli snayper tərəfindən öldürülən gənc fəal Ayşənur Ezgi Eyginin İsrailin açıqlamasının əksinə olaraq, əsgərlər tərəfindən qəsdən vurulduğu açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Amerikanın "Washington Post" qəzetinin araşdırmasında yer alıb.
Sülh fəalı Ayşənur Ezgi Eyginin Fələstinin işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu tərəfindən öldürülməsi ilə bağlı yeni tapıntılar ortaya çıxıb. Araşdırmaya görə, nümayiş bitdikdən sonra Ayşənur hədəfə alınıb.
Araşdırma 13 hadisə şahidi, yerli sakinlər və əcnəbi fəallar, eləcə də Ayşənurun könüllü kimi çalışdığı Beynəlxalq Həmrəylik Hərəkatı (İSM) tərəfindən təqdim edilən 50-dən çox video və fotoşəkil əsasında aparılıb. Ayşənurun 20 dəqiqə sonra güllələndiyini aşkar olunub.
Gülşən Şərif
















