• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Avropalılar seçim qarşısında: Avropa seçkiləri nə üçün vacibdir? 

SİYASƏT

02 May 2024 | 11:55

Avropalılar seçim qarşısında: Avropa seçkiləri nə üçün vacibdir? 

Bu ilin iyun ayında 27 ölkədə yaşayan avropalılar Avropa seçkilərində səs verəcəklər.

Bakıvaxtı.az "BBC"ə istinadən xəbər verir ki, bu ilki Avropa seçkiləri qarşıdakı 5 il ərzində iqlim dəyişikliyi və miqrasiya, daha çox inteqrasiya və ya artan millətçiliklə bağlı istiqaməti formalaşdıracaq.

Səsvermə iyunun 6-da Hollandiyada, növbəti gün İrlandiya və Maltada, şənbə günü isə Latviya və Slovakiyada başlayacaq. İyunun 9-u isə bir çox Avropa İttifaqı üzv dövlətləri səs verəcək. Belçikalılar  təkcə Avropa seçkilərində deyil, həm də milli və regional seçkilərdə səs verəcəklər.

Şimalda Finlandiyadan cənubda Kiprə, qərbdə İrlandiyadan şərqdə Bolqarıstana qədər təxminən 400 milyon seçici səs vermək hüququna malikdir. Avropa İttifaqı ölkələrinin əksəriyyətində səs vermək üçün şəxs 18 yaşında olmalıdır. Lakin Almaniya, Avstriya, Belçika və Maltada 16 yaşlı vətəndaşlar da səsvermə hüququna malikdir. Yunanıstanda isə minimum yaş həddi 17-dir. Lüksemburq və Bolqarıstan da daxil olmaqla, bir neçə ölkədə səsvermə məcburidir.

Avropa Parlamenti nə dərəcədə vacibdir?

27 ölkədə seçicilər tərəfindən birbaşa seçilən yeganə qurum Avropa İttifaqıdır. Aİ Avropa vətəndaşlarını digər iki böyük qurumla əlaqələndirir. Bu qurumlara Aİ-nin icraedici qolu olan Avropa Komissiyası və Aİ hökumətlərinin nazirlərindən ibarət Şura daxildir. 

Avropa Parlamentinin üzvləri Komissiyanın və Şuranın işinə nəzarət edirlər. Onlar Komissiyanın irəli sürdüyü qanunların qəbulu üçün Şura ilə birgə məsuliyyət daşıyırlar. Avropa Parlamenti qanunlarla bağlı düzəlişlərdə, qanun qəbulunda, beynəlxalq müqavilələrlə bağlı qərarın qəbulunda Aİ siyasətinin istiqamətini formalaşdırır. Avropa Parlamentinin əksər deputatları milli mənsubiyyətə görə deyil, siyasi qruplarına görə təyin olunurlar. 

Avropa Parlamentinin yeni üzvlərinin ilk vəzifələrindən biri Avropa Komissiyasının sədrini seçmək olacaq.  Avropa Parlamentinin üzvlərinin 50%-dən çoxu namizədi təsdiq etməlidir. Hazırkı prezident Ursula fon der Leyen isə yenidən seçilmək istəyir. Lakin sorğuların nəticəsi göstərir ki, Leyen bu il öz vəzifəsində qalmaya bilər.

İyun seçkilərinin əsas məqsədi parlamentin tərkibini müəyyənləşdirmək olsa da, seçicilər bu prosesdən öz milli hökumətlərinə mesaj göndərmək üçün istifadə edirlər. İtaliyadan Fransaya, Avstriyadan Belçikaya, Almaniyadan Hollandiyaya və ondan kənarda ifrat sağçı partiyalar əhəmiyyətli qazanclar gözləyir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 May 2024