Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb. Bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına səbəb olacaq.
Bununla yanaşı, İrəvan Moskvanın yardım təkliflərini də cavabsız qoyub. Ermənistanda yağan leysan yağışları nəticəsində xüsusilə Lori və Tavuş vilayətlərində ciddi fəsadlar zamanı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, dərhal yardım təklif etmişdi. Ermənistandakı 102-ci hərbi bazaya lazımı texnika və canlı qüvvə ilə hazır olmaq tapşırıldığı və İrəvanın təklfi qəbul edəcəyi halda dərhal yardım üçün fəaliyyətə başlayacaqları bildirilmişdi. Lakin Ermənistan ümumiyyətlə Rusiya MN-in yardım təklifinə cavab verməyi belə lazım bilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr adı ilə geri çağırmışdı. Əksər şərhçilər bu addımı İrəvan-Moskva gərginliyinin daha da artması kimi dəyərləndirmişdi.
Siyasi şərhçi Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya-Ermənistan münasibətlərinə fərqli rakurslardan baxmaq lazımdır.
Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında siyasi müstəvidə müəyyən gərginliklər və ziddiyyətlər mövcud olsa da, iqtisadi-ticari sahədə biz bunun əksini görürük:
"Ermənistanda gözlənilməyən iqtisadi artım məhz Rusiya ilə ticari əlaqələrin genişləndirilməsi hesabına olub. Bundan başqa Rusiya ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan Ermənistan vasitəsi ilə yan keçə bilir. İqtsadiyyatın və sənayenin ən vacib sahələri, o cümlədən enerji sektoru demək olar ki, Moskvanın nəzarətindədir. Hərbi-müdafiə kompleksi, siyasi çevrələr, kilsə hələ də şimal qonşumuzun təsir dairəsindədir”.
Ə.Oruclu qeyd edib ki, bütün bunlar Rusiya ilə Ermənistan arasında münasibətlərin korlanmadığı, müttəfiqlik əlaqələrinin davam etdiyini söyləməyə əsas verir. Lakin 44 günlük müharibədə və ardınca baş verən hadisələrdə, Azərbaycan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonun bəzi ərazilərində həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra Moskvaya yönəlik hakimiyyətin siyasətində soyuqluq açıq şəkildə hiss olundu. Ermənistan Rusiyanı onu müdafiə etməməkdə hətta son bəyanatlardan da göründüyü kimi Azərbaycana dəstək verməkdə günahlandırdı. Paşinyan iqtidarı bəlkə də Rusiyandan qopmağa cəhd edir, ancaq bunu çox risqli olduğunun da fərqindədir:
“Doğrudur, Ermənistan hakimiyyəti Qərbdən vədlər alıb, az-çox yardımlar da əldə edə bilir, lakin bütün bunlar Ermənistanın təhlükəsizliyini qoruması üçün yetərli deyil".
Həmsöhbətimiz vurğulayıb ki, Qərb Ermənistanı Rusiya təsirindən, hətta təcavüzündən qorumaq iqtidarında deyil:
"Qərbin Rusiya ilə Ermənistanda toqquşmaq kimi bir planları da yoxdur. Əvvəla ona görə ki, Ermənistan cəlbedici ölkə deyil və sytateki, geopolitik əhəmiyyət də daşımızr. İkincisi Ermənistan cəmiyyəti Rusiyaya qarşı hər nə qədər nifrət və qəzəbə kökləndirilsə də alt qatda Rusiya ilə tarixi, siyasi, humanitar və əlaqələri dağıda biləcək gücdə deyil. Rusya parlamentinin MDB üzrə məsul şəxsi ermənipərəst mövqeyi ilə seçilən Zatulinin hədələyici tonda səsləndirdiyi "Paşinyan nə qədər hakimiyyətdə qalırsa, o qədər Rusiyaya təhqirdir" fikirlərini diqqətə almağımız lazımdır. Rusiya ilə Paşinyan arasında ziddiyyətlərin davamı onun hakimiyyəti üçün böyük risklər yaradır. Rusiyanın Ermənistandakı səfirini məsləhətləşmək üçün geri çağırması və hələ də öz vəzifəsinə qayıtmaması ciddi siqnaldır və bu, iki dövlət arasında ixtilafların olmasından xəbər verir. Məncə, Kremlin problemi Ermənistanla deyil, Paşinyan və onun komandası ilə bağlıdır. Ancaq bunu konfrantasiya səviyyəsinə çıxarmağın uyğun zamanı deyil. Çünki diqqət əsasən Gürcüstana yönəlib".

Əli Oruclu:Rusiyanın Ermənistandakı səfirini məsləhətləşmək üçün geri çağırması ciddi siqnaldır
Ə.Oruclunun qənaətincə, region uğrunda mübarizə aparan ABŞ və Rusiya Gürcüstanda sentyabrda keçiriləcək parlament seçkilərini qazanmağa can atırlar:
"Rəqabət getdikcə daha şiddətli xarakter almaqdadır. Gözləmək olar ki, regionumuz qarşıdakı aylarda daha qaynar olacaq”.
Həmsöhbətiməz görə, Paşinyanın bu günlərdə səsləndirdiyi "Azərbaycanla sülh müqaviləsi bağlamağa hazıram" mesajı gözlənilən hansısa problemləri önləmək məqsədi də daşıya bilər. Erməni baş nazir çox yaxşı anlayır ki, Azərbaycanla normallaşma nə qədər olsa, ona qarşı real təhlükələrdən ən vacibini dəf etmiş olar:
“Bu, həm də Ermənistanın Türkiyə ilə münasibətlərini qaydasına salmağa imkan verər. Türkiyə və Azərbaycanla normallaşma Ermənisatnın dünya siyasətinə və itisadiyyatına inteqrasaiyasına əlverişli imkamlar yaradar. Böyük transmilli lahiyələrdə iştirakı onun təhlükəsziliyini də çətir altına alardı".
Aydın Baxış
















