• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Rəfahda baş verənlərdə əsas pay sahibi Amerikadır" - AÇIQLAMA

SİYASƏT

31 May 2024 | 17:17 | Müəllif: Qalib İbrahimoğlu

"Rəfahda baş verənlərdə əsas pay sahibi Amerikadır" - AÇIQLAMA

Məlum olduğu kimi, İsrail ordusu Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib. İlkin məlumata görə, 40 nəfər bu hücumda həlak olub, onlarla yaralı var.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, onlar HƏMAS-la mübarizəni davam etdirəcəklər:

"Rəfahda müharibədə iştirak etməyən bir milyon sakini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi".

Netanyahu çadır şəhərciyinin vurulması ilə bağlı araşdırma apardıqlarını bildirib:

"Bizim üçün döyüş əməliyyatlarında iştirak etməyən hər bir öldürülən şəxs faciədir. HƏMAS üçün bu, bir strategiyadır".

Netanyahu HƏMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib. Netanyahu axırıncı HƏMAS döyüşçüsü məhv edilənədək mübarizənin davam etdiriləcəyini bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi İsrail ordusunun Rəfah ətrafında artan “hərbi varlığını” daim izlədiklərini bildirib. Hazırda masada atəşkəs razılaşması təklifinin olduğunu qeyd edən Kirbi deyib ki, İsraillə HƏMAS hərəkatı arasında nəzərdən keçirilən yeni razılaşma təkcə Qəzza zolağında müvəqqəti atəşkəsə deyil, həm də daha davamlı razılaşmalara gətirib çıxara bilər.

Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a deyib ki, Qəzzada, Rəfahda fələstinlilərə qarşı törədilən qətllərdə, cinayətlərdə İsrailin nə qədər günahı varsa, Qərbin, ABŞ-nin də o qədər suçu var.

Ekspert vurğulayıb ki, ABŞ İsrailin arxasında durmasa, İsrail bu qədər irəli gedə bilməzdi:

"Bu soyqırımda əsas pay sahibi Amerikadır. Ona görə də Qərb ölkələri İsrailə "dur" deməyəcəklər. İndiki şəraitdə bu dövləti heç kim dayanadıra bilməyəcək. İsrailə ancaq müsəlman ölkələri "dur" deməlidir. Onsuz da fələstinlilər özləri sonadək mübarizə aparacaqlar, dəstək olsa da, olmasa da dirəniş göstərəcəklər. İslam ölkələri müsəlman təəssübkeşliyindən çıxış etməlidir”.

Əhəd Məmmədli: İndiki şəraitdə İsraili heç kim dayanadıra bilməyəcək

Onun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da İsrailə çağırışı etdi, xəbərdarlığını bildirdi. Çünki İsrail qırmızı xətti çoxdan keçib. Əfsuslar olsun ki, Türkiyə liderindən başqa heç bir müsəlman ölkəsinin səsi çıxmır. O baxımdan nəsə edə biləcəkləri halda heç nə etməyən müsəlman dövlətləri də məsuliyyət daşıyır.

“Dünyanın gözü önündə yaşanan bu qırğınların vəbalı həm də onların boyunlarınadır. Həm də hamı yaxşı bilir ki, dünyada beynəlxalq hüquq çoxdan işləmir. Ötən əsrlərdə güclülər zəifləri necə amansızcasına əzirdisə, XXI əsrdə də eyni mənzərənin şahidi oluruq. Gördüyünüz kimi heç nə dəyişməyib", - deyə Əhəd Məmmədli əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026