• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevi təbrik etdi

SİYASƏT

31 May 2024 | 18:12 | Müəllif: Subhan Mahmudov

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevi təbrik etdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki,  təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026