• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

İQTİSADİYYAT

02 May 2024 | 10:10

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Mayın 23-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” və “NBCBank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “AGBank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6 ünvanındakı dəyəri 42 min manat olan 93,90 kv.metrlik mənzildən, eləcə də “NBCBank”a məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, ev 2C ünvanındakı dəyəri 25 min manat olan 153 kv.metrlik fərdi yaşayış evindən gedir.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AGBank” və “NBCBank”ın lisenziyaları ləğv edilib.


SON XƏBƏRLƏR

16 May 2024