• Bakı 15° C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Avrozonada inflyasiya artıb

İQTİSADİYYAT

31 May 2024 | 17:31

Avrozonada inflyasiya artıb

May ayında avrozonada inflyasiyanın 2.6 faiz artması müşahidə olunub.

Bakıvaxtı.az "İndependent" saytına istinadən xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) avrozonanın may ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib. 

Məlumata görə, may ayında avrozonada baza inflyasiyası illik 2,9 faiz, aylıq isə 0,4 faiz səviyyəsində ölçülüb. İnflyasiya göstəriciləri qida sektorunda 2,6 faiz, alkoqol və tütün məmulatlarında 0,8 faiz və eyri-enerji sənayesi məhsullarında 0,3 faiz artım olduğunu göstərir.

Ölkələr üzrə inflyasiya Belçikada 4,9 faiz, Xorvatiyada 4,3 faiz, Portuqaliyada 3,9 faiz, İspaniyada 3,8 faiz, Almaniyada 2,8 faiz, Fransa və İtaliyada 0,8 faizlik artımla qeydə alınıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Sentyabr 2025