• Bakı 14° C

    12.32 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

CƏMİYYƏT

02 May 2024 | 13:22

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, bu, yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.


SON XƏBƏRLƏR

16 May 2024