• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazir: Şuşa Real Məktəbində təhsil bu tarixdə başlayacaq

CƏMİYYƏT

01 Iyun 2024 | 11:51

Nazir: Şuşa Real Məktəbində təhsil bu tarixdə başlayacaq

Şuşa Real Məktəbi ali təhsil və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, planlamaya görə burada tədris 2026-cı ilin sentyabrında başlayacaq: "Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".

E.Əmrullayevın sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək: "Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fıaliyyətini qaydaya qoyduqdan sonra daha çox məlumat verə biləcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR