• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Qazaxıstan Rusiya ilə bağlı qanun qəbul etdi

DÜNYA

02 May 2024 | 12:09

Qazaxıstan Rusiya ilə bağlı qanun qəbul etdi

Qazaxıstanın Rusiya neftinin ölkə ərazisindən keçməklə Çinə nəqli sahəsində Rusiya Federasiyası ilə əməkdaşlığı davam edəcək.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, ölkə parlamenti əməkdaşlıq haqqında sazişin qüvvəsini 2034-cü il yanvarın 1-dək uzadacaq qanun qəbul edib.

Ratifikasiya olunmuş protokola əsasən, Qazaxıstan tərəfi neftin nəqli xidmətlərindən sazişdə göstərilən marşrutlar üzrə əlavə dəyər vergisi ilə sıfır dərəcə ilə vergi tutacaq.

Tranzit ildə 10 milyon ton həcmində planlaşdırılır.

Sazişə düzəlişlər TON-2 marşrutunun ikinci hissəsinin (" Tuymazı - Omsk - Novosibirsk-2") daxil edilməsini nəzərdə tutur.

Qazaxıstanın qeyd olunan dövr üçün gözlənilən gəliri 1,7 milyard dolları ötəcək

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 May 2024