• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi

CƏMİYYƏT

17 May 2024 | 09:48 | Müəllif: Qalib İbrahimoğlu

Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi

Gələcəyimiz və milli ideya ilə bağlı ictimai müzakirələr ölkəmizdə vüsət alır. Elm adamları və ziyalılar bununla bağlı təşkil edilən tədbirlərdə konkret təkliflər verirlər.

Gələcək inkişaf isə ilk növbədə ölkədəki təhsilin durumundan asılıdır. Bu səbəbdən diskussiyaların önəmli hissəsi təhsil mövzusunda və təhsil müəssisələrində aparılmalıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, ADA universitetinin son illər təşkil etdiyi təhsil müzakirələri maraq doğurur."Təhsil dialoqları" adlı silsilə müzakirələr artıq xeyli vaxtdır ki, bu universitetdə reallaşır.

"Təhsil dialoqları"nın növbəti toplantısında “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusu müzakirə olunub.

ADA-nın “Təhsilin idarəedilməsi” fakültəsinin dekanı Ülviyyə Mikayılova mövzunun aktuallığını və milli təhsilimiz üçün əhəmiyyətini qeyd edib.

ADPU-nun dosenti İlham Əhmədov “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda geniş məruzə edib. Onun sözlərinə görə, təhsilimizin rəqabətqabiliyyətli olması üçün təhsil sisteminin bütün komponentləri rəqabətədavamlı olmalıdır:

“Bunsuz təhsilimiz heç cür rəqabətqabiliyyətli ola bilməz”.

İ.Əhmədov universitetlərin rəqabətqabiliyyətliyi nədir, bunun meyarları, üstünlüklərini şərh edib.

Tədbirdə iştirak edən tanınmış təhsil mütəxəssisi Asif Cahangirov, p.ü.e.d. ARTİ-nin aparıcı elmi işçisi Zəhra Muradova, UNEC professoru Fərhad Rəhmanov və digər iştirakçılar məruzə ətrafında fikirlərini bölüşüblər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026