• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya XİN: NATO-ya hücum etmək niyyətində deyilik

DÜNYA

17 May 2024 | 09:15

Rusiya XİN: NATO-ya hücum etmək niyyətində deyilik

Rusiya NATO-ya hücum etmək niyyətində deyil, bu barədə mülahizələr isə cəfəngiyyatdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində söyləyib.

“Qərb qrupundakı yekəxanalarla yanaşı, baş verənlərlə bağlı müzakirələrə təzə fikirlər gətirdiyini sanan bir çox modaçılar da var. Məsələn, Vaşinqtonun əmri ilə 2024-cü ilin yaz-yay mövsümünün modası Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağı, mütləq digər NATO ölkələrinə hücum edəcəyi ideyasına çevrilib. Bu, tamamilə absurddur”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynanın məğlub olacağı təqdirdə Rusiya rəhbərliyinin “dayanmayacağı” və “regionda daha aqressiv addımlar atacağı” fikrini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR