ABŞ-də qasırğa olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Təbiət hadisəsi Texas ştatının Hyuston şəhərində qeydə alınıb.
Məlumata görə, güclü külək nəticəsində şəhərin müxtəlif ərazilərində binaların şüşələri sınıb, ağaclar aşıb, elektrik xətləri kəsilib.
Qasırğa nəticəsində ən azı 4 nəfərin öldüyü deyilir.
Rəsmilər küləyin güclənməsi və tornadoların əmələ gəlməsi ehtimalını açıqlayıb.















