• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB

DÜNYA

02 May 2024 | 22:08

Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Ədalət və İnkişaf Partiyasının Ümumi Qərargahında baş tutub və Təxminən bir saat yarım davam edib.

Özəl prezident Ərdoğanla görüşündən sonra “Sözcü”yə açıqlama verib.

“Görüş müsbət bir atmosferdə keçdi və müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəyəm. Müzakirə və mübarizəmizi birlikdə aparacağıq”, - deyə o bəyan edib.

 

09:32

Prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəli AK Partiya Ümumi Qərargahında qəbul edəcək.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, görüşdə yeni konstitusiya işləri, eləcə də İsrail-Fələstin müharibəsi ilə bağlı  müzakirələr aparılacaq.

Qeyd olunur ki, prezident Ərdoğan və CHP sədri Özgür Özəl Ramazan bayramını münasibətilə telefonla danışıb. Aprelin 23-də isə Türkiyə Böyük Millət Məclisində keçirilən qəbulda siyasi partiyaların nümayəndələri də içtirak ediblər.

31 mart bələdiyyə semkilərindən sonra ilk təkbətək görüş AK Partiya Ümumi Qərargahında baş tutacaq.

Murad Məmmədli


SON XƏBƏRLƏR

16 May 2024