• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Səfir: Aİ Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir

SİYASƏT

02 May 2024 | 12:52

Səfir: Aİ Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir

Avropa İttifaqı (Aİ) iqlim problemlərini daha qlobal səviyyədə həll etmək üçün Azərbaycanın COP29-da sədrliyini dəstəkləyir və onunla işləməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bu il tərəflər arasında əməkdaşlığın əsas istiqaməti iqlim dəyişikliyi mövzusudur:

“Avropa İttifaqı və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Biz dialoqumuzu və sıx əməkdaşlığımızı davam etdirməyə hazırıq. Prioritet olan sahələr var. Bu il buraya qlobal əhəmiyyət kəsb edən iqlim dəyişikliyi ilə mübarizə daxildir. Bu sahə Aİ-Azərbaycan münasibətləri üçün xüsusi əhəmiyyət kəsb edir”.


SON XƏBƏRLƏR

16 May 2024