• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Qanunsuz tikilən mansard söküldü - VİDEO

CƏMİYYƏT

02 May 2024 | 09:45

Qanunsuz tikilən mansard söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu çərçivədə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tikili üzərində qanunsuz olaraq əlavə mərtəbə - mansard tikintisinin aparılması faktı aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq tikilən mansard sökülüb.


    SON XƏBƏRLƏR

    16 May 2024