• Bakı 13° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Vakansiya seçiminin nəticələri elan olundu

CƏMİYYƏT

02 May 2024 | 11:09

Vakansiya seçiminin nəticələri elan olundu

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


SON XƏBƏRLƏR

16 May 2024