• Bakı 23° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib 

İQTİSADİYYAT

02 May 2024 | 12:46

Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

"Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildi", - nazir bildirib.


Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edibÖzbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR