• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

MƏDƏNİYYƏT

02 May 2024 | 11:48

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.

Serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmamış. Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən tənqid edilmişdi.

Onların çıxışları isə özüylə birgə yeni bir qalmaqalın təməlini qoymuşdu. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar vermişdilər.

Ötən günlərdə isə İTV və Radio Verilişləri Şirkəti Yayım Şurası toplantı keçirmişdi.

Bakıvaxtı.az xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, iclasdan sonra “Alatava”nın yutub platformasında iki versiyada yayımına qərar verilib.

Serialın yayımlanan sonuncu bölümünə (4-cü bölüm – red.) həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026