Meyxanaçı Rüfət Nasosnu və teleaparıcı Elgiz Əkbər arasında qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.
Belə ki, əvvəlcə Elgiz Əkbər izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib.
Rüfətsə bunun heç nəyi dəyişmədiyini bildirib:
"Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır".
Elgizinsə Rüfətə cavabı belə olub:
"Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm".
Ziyafət Əlisoy
















