• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi” - Samirə Əfəndi

MƏDƏNİYYƏT-ŞOU

29 Iyun 2024 | 15:21

“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi” - Samirə Əfəndi

Ötən gün Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Bakıvaxtı.az bildirir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus "Sən gələndə" mahnısını ifa edib.

"Səs Azərbaycan" layihəsindəki təsirli ifasından sonra müğənni bu əsərə klip də çəkdirib, yeni aranjimanda təqdim etmişdi.

"Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər", - deyə, Samirə Əfəndi bildirib.

Əfəndinin  ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, V. Səmədoğlu 5 iyun 1939-cu ildə dünyaya gəlib. Ona 1999-cu ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib./olay


SON XƏBƏRLƏR

01 Iyul 2024