“Kim görürdü “niyə ərə getmirsən” sualını verirdi”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Günaylı gün” verilişində deyib.
İfaçı ona ünvanlanan suallardan bezdiyi üçün ailə həyatı qurmaq qərarına gəldiyini bildirib:
“Adam bezir ee. Efirə çıxırsan, hamı ərdən danışır. Nəhayət ki, bitdi. Mütləq şəkildə, camaata nəyisə sübut etmək üçün ərə getmədim. Həyat mənimdir, qismət belə oldu, evləndim. Bəsdirin, indi də uşaq soruşurlar. Hətta kişilər soruşurlar ki, “nə vaxt uşaq olacaq?” Adə, bəsdirin. Sən kişisən, nəyinə lazımdır”.
Ziyafət Əlisoy
















