• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Səlim ürək parçaladı: “Hər gün anamla danışıb...”

MƏDƏNİYYƏT

29 Iyun 2024 | 10:38

Səlim ürək parçaladı: “Hər gün anamla danışıb...”

“Kaş ki, valideynlərim sağ olarkən evlənərdim...”

Bakıvaxtı.az xəbər verir ki, bu sözəri Əməkdar artist Səlim Abbasov “Elgizlə izlə” verilişində deyib.

O, valideynlərinin ölümündən danışarkən kədərini gizlədə bilməyib:

“Mən valideynlərimə çox bağlı olmuşam. Mətbəxdə anamın şəkili var, hər gün evə gedəndə onun qarşısında dayanıb, anamla söhbət edirəm. Çünki anamla biz hər zaman orada danışırdıq. Gün ərzində nə etdiyimi xəbər alırdı, mən də deyirdim. Allah atamın da, anamın da ruhunu şad eləsin. Mənim anam çox gözəl ana idi. Ümumiyyətlə, bütün analar gözəl olur”.

Qeyd edək ki, Səlim Abbasovun anası və atası 2021-ci ildə həyatlarını itiriblər.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR